AZ

"Çelsi" PSJ-ni darmadağın edərək Klublararası Dünya Çempionatının qalibi olub

2025-ci il Klublararası Dünya Çempionatının "Çelsi" və PSJ komandaları arasında final oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, komandalar Şərqi Ruterfordda (ABŞ) "MetLife Stadion"unda qarşılaşıblar. Matçın baş hakimi iranlı Əlireza Fəqani olub.

“Çelsi” həll edici matçda Paris klubuna 3:0 hesabı ilə qalib gəlib.

22-ci dəqiqədə London klubunun yarımmüdafiəçisi Koul Palmer Malo Qustonun ötürməsi ilə matçda hesabı açıb. Matçın 30-cu dəqiqəsində Palmer Levi Kolvelin məhsuldar ötürməsi ilə dubla imza atıb. 43-cü dəqiqədə Joao Pedro Koul Palmerin ötürməsi ilə parislilərin qapısına 3-cü qolu vuraraq yekun hesabı müəyyənləşdirib - 3:0.

Qeyd edək ki, 86-cı dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Joao Neves "Çelsi"nin müdafiəçisi Mark Kukurellanın saçından tutaraq kobudluğa görə qırmızı vərəqə alıb və bununla da parislilər oyunu 1 nəfərlə başa vurub.

Bu matçın nəticəsində “Çelsi” 2025-ci il klublararası dünya çempionatının qalibi olub.

Seçilən
82
8
90deqiqe.az

9Mənbələr