AZ

Salyanda 3 nəfərin ölümü ilə bağlı cinayət işi BAŞLADI

Salyanda 3 nəfərin ölməsi ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bakues.az xəbər verir ki, Sərraf Abasağa oğlu Qəfərov idarə etdiyi “QAZ-31105” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsi yolun sol kənarında yerləşən şorsu kollektoruna aşıb.

Nəticədə sürücü S.Qəfərov, həmçinin avtomobildə olan sərnişinlər – Camal Mürşüd oğlu Dəmirov və Ramiq Vahid oğlu Həsənov hadisə yerində suda boğularaq ölüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Seçilən
24
15
icma.az

10Mənbələr