AZ

Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması və xitam verilməsi qaydaları müəyyənləşdirilir

Bakı. Trend:

Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması qaydalarımüəyyənləşdirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan “Xüsusi icra məmurları haqqında” qanun layihəsindəöz əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı hallarda xüsusi icraməmurunun fəaliyyəti dayandırılacaq:

  • 1 (bir) aydan az və 6 (altı) aydan çox olmamaqla fasiləsizolaraq əmək qabiliyyətini itirdikdə;
  • hamiləliyə, doğuşa və ya uşağa qulluğa görə sosial məzuniyyətəçıxdıqda;
  • cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlbolunduqda;
  • xüsusi icra məmurunun səlahiyyətlərinin bilavasitə icrasınamane olan bir aydan artıq müddətə davam edən digər hallar mövcudolduqda.

Xüsusi icra məmurunun Palataya üzvlük haqqını, barəsindəinzibati tənbeh tədbiri kimi tətbiq edilmiş cəriməni ödəmədiyi,təlimlərdə iştirakdan, peşə məsuliyyətinin sığortası müqaviləsiniyeniləməkdən yayındığı hallarda da xüsusi icra məmurunun fəaliyyətidayandırıla biləcək.

Xüsusi icra məmurunun fəaliyyəti onun dayandırılmasına əsas olanhallar aradan qalxanadək, lakin 6 (altı) aydan çox olmamaqla (bəzihallar istisna olmaqla) dayandırılacaq. Bu halda yarımçıq qalanicra hərəkətlərini davam etdirmək və digər təşkilati tədbirlərigörmək üçün onun müvəqqəti əvəz edilməsi məqsədilə digər xüsusiicra məmuru təyin ediləcək. Ofisin idarə edilməsi üçün zəruri olanbütün avadanlıq, material və digər resurslar müvəqqəti əvəz edənicra məmuruna əlçatan olmalıdır.

Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması və bununlaəlaqədar onun müvəqqəti əvəz edilməsi məqsədilə digər xüsusi icraməmurunun təyin edilməsi, habelə xüsusi icra məmurununvəzifələrinin icrasına qaytarılması müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyatakeçiriləcək.

Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarındamüvəqqəti əvəz edən xüsusi icra məmuru öz adından fəaliyyətgöstərəcək, öz möhürünü, ştamplarını, blanklarını və elektronimzasını tətbiq edəcək, habelə əvəz olunan xüsusi icra məmurununbank hesablarını idarə etmək hüququ müvəqqəti olaraq ona həvaləediləcək. Əvəz edən xüsusi icra məmuru öz fəaliyyətinə görə şəxsənməsuliyyət daşıyacaq.

Xüsusi icra məmurunun fəaliyyətinin dayandırılması hallarındamüvəqqəti əvəz edən xüsusi icra məmuru əvəz olunan xüsusi icraməmurunun ofisində fəaliyyət göstərəcək, onun işçilərininfəaliyyətinə rəhbərlik edir, əvəz olunan xüsusi icra məmuru iləİşçilər arasında bağlanmış müqavilələrə uyğun olaraq işçilərinəməyini, ofisin saxlanılması ilə bağlı digər xərcləri müvafiq icraişlərindən daxil olan aidiyyəti vəsaitlər hesabına ödəyəyəcək.Müvəqqəti əvəz edən xüsusi icra məmurunun səlahiyyət müddəti əvəzolunan xüsusi icra məmuru öz səlahiyyətlərinin icrasına qayıtdıqda,yaxud əvəz edən xüsusi icra məmurunun fəaliyyətini istisna edənqanunla nəzərdə tutulmuş digər hallar baş verdikdə bitəcək.

Bundan əlavə, aşağıdakı hallarda şəhadətnamə ləğv ediləcək vəxüsusi icra məmurunun fəaliyyətinə xitam veriləcək:

  • xüsusi icra məmuru tərəfindən şəhadətnamənin ləğvi barədəyazılı ərizə verdikdə;
  • şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə təhrif olunmuşməlumatlar aşkar olunduqda;
  • and içdikdən sonra 6 (altı) ay müddətində fəaliyyətinin həyatakeçirilməsinə başlamadıqda;
  • intizam tənbehi qaydasında;
  • əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətətam itirdikdə;
  • Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə vəya daimi yaşayış üçün başqa ölkəyə köçdükdə;
  • fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətqabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyəminmiş məhkəmə qərarı olduqda;
  • barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsihaqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
  • məhkum edildikdə;
  • cinayət törətdiyinə görə barəsində cinayət işinin icraatınabəraətverici əsaslar olmadan xitam verildikdə;
  • tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə xüsusi icraməmuru İşləməyə qadir olmadıqda;
  • 65 yaşına çatdıqda;
  • vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və yaxəbərsiz itkin düşmüş hesab edildikdə.

Xüsusi icra məmuru tərəfindən şəhadətnamənin ləğvi barədə yazılıərizə verdikdə xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsinəyalnız icrası tamamlanmamış bütün icra işlərinin icraatınıntamamlanması, kargüzarlıq sənədlərinin və xüsusi icra məmurununarxivinin “Milli arxiv fondu haqqında” Qanuna uyğun olaraq dövlətmühafizəsinə təhvil verilməsi şərtilə yol veriləcək.

Xüsusi icra məmurunun fəaliyyətinə xitam verilməsi müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərininəmri ilə rəsmiləşdiriləcək. Əmrin surəti 3 (üç) iş günü müddətindəfəaliyyətinə xitam verilmiş xüsusi icra məmuruna və Palatayagöndəriləcək. Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurununelektron imza sertifikatı, habelə “Elektron icra” informasiyasisteminə giriş imkanı ləğv ediləcək, xidməti vəsiqəsi, möhürü,ştampları və blankları məhv olunacaq, bank hesablarındanistifadəsinə xitam veriləcək, bu barədə Reyestrdə qeydaparılacaq.

Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurunun sənədlərinintəhvil-təslim işlərini görmək üçün müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icraməmuru təyin ediləcək.

Xüsusi icra məmuru təyin olunduğu gündən 1 (bir) ay müddətindəaşağıdakı tədbirləri görəcək:

  • tamamlanmamış icra işləri üzrə icraatı icra sənədləri təhvilverilənədək dayandırır;
  • kargüzarlıq sənədlərini və xüsusi icra məmurunun arxivini“Milli arxiv fondu haqqında” Qanuna uyğun olaraq dövlətmühafizəsinə təhvil verəcək.

Tamamlanmamış icra işləri tələbkarın seçimi əsasında xüsusi icraməmuru tərəfindən digər xüsusi icra məmuruna təhvil veriləcək,yaxud istifadə olunmamış avans məbləği ilə birlikdə tələbkaraqaytarılacaq.

Xüsusi icra məmurun müvəqqəti əvəz edilməsi, xüsusi icraməmurunun fəaliyyətinin dayandırılması və xüsusi icra məmurununfəaliyyətinə xitam verilməsi nəzərdə tutulmuş hallarda müvəqqətifəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqınınödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
51
1
az.trend.az

2Mənbələr