AZ

“Rusiyanın bu savaşdan qalib çıxmaq ehtimalı demək olar ki, yoxdur”

“Proseslərin gedişatı göstərir ki, Ukraynada müharibə bir müddət də uzana bilər”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib. Ekspert qeyd edib ki, sülhlə bağlı aparılan danışıqların nəticəsizliyi vəziyyəti ümidsiz edir:

“ABŞ və Rusiya arasında, eləcə də Rusiya və Ukrayna arasında aparılan danışıqlarda heç bir pozitiv nəticə əldə edilmədi. Ona görə də ABŞ Rusiyaya qarşı daha sərt sanksiyaların qəbul ediləcəyinin anonsunu verdi. Buna paralel olaraq ABŞ-ın Ukraynaya hərbi dəstəyi bərpa olundu.

İndi Ukraynaya uzaqnmənzilli raket sistemlərinin tədarükünə start verilib. Bu isə o deməkdir ki, Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirmək imkanlarını artıracaq.

Görünən odur ki, hər iki tərəf bütün sahə və istiqamətlər üzə tükənməkdədir. Ancaq Ukraynanı savaş meydanında ayaqda saxlayan əsas faktor Qərbin dəstəyidir. Bu dəstəyin hələ bir müddət davam edəcəyi müşahidə olunur. Bu isə Rusiya üçün oldquca təhlükəli reallıqdır. Belə davam edərsə, tezliklə atəşkəs və ya sülh əldə edilməzsə, mövcud situasiya Rusiya üçün fəlakətli nəticələr doğura bilər.

Rusiyanın bu savaşdan qələbə ilə çıxmaq ehtimalı demək olar ki, yoxdur. Qərb dövlətləri Ukraynanı hərbi texnika və silah-sursatla təchiz etdikcə, Rusiyanın Ukraynays qalib gəlmək və ya savaşı daha uzun müddət indiki intensivlikdə davam etdirmək imkanları azalır.

Rusiyanın həm iqtisadi, həm də hərbi resursları getdikcə zəifləməkdədir. Rusiyanın ticari gəlirləri də ciddi şəkildə azalır. Rusiyanın hərbi xərcləri isə artmaqdadır. Bütün bunların öhdəsindən gəlmək heç də asan deyil. Hətta bəzi rus ekspertlər də bunu dolayısı ilə etiraf edir.

Bu baxımdan yaxın gələcəkdə Ukraynaya hərbi dəstək bir qədər də artırılarsa, bu, Rusiya üçün daha arzuedilməz situasiyanın formalaşmasına səbəb ola bilər”.

S. Əliyev

Seçilən
85
38
moderator.az

10Mənbələr