AZ

Aİ ABŞ məhsullarına qarşı yeni rüsumlar hazırlayır

ABŞ Prezidenti Donald Tramp ilə gömrük mübahisəsi çərçivəsində Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatlardan idxal olunan mallara qarşı əlavə cavab rüsumları tətbiq etməyə hazırlaşır.

Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç məlumat verib.

ABŞ-dan idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edəcək siyahı ictimai məsləhətləşmədən sonra yenilənib.

Əvvəlcə rüsumlar 95 milyard avro dəyərində idxal məhsullarını əhatə etsə də, son versiyada bu məbləğ 72 milyard avro həcminə endirilib.

Lakin M.Şefçoviç siyahıdan hansı məhsulların çıxarıldığı barədə məlumat verməyib.

Komissar D.Trampın yeni gömrük rüsumu ilə bağlı son açıqlamasından məyusluğunu vurğulayaraq bildirib: “Biz əsas razılaşma üzərində həftələrlə çalışmışdıq və demək olar ki, məqsədə çatmışdıq.

Bu açıqlama indi vəziyyətə tamamilə başqa bir dinamika gətirir”. O, ABŞ Prezidentinin planlarının həyata keçirilməsinin Trans-Atlantik ticarətə ciddi zərbə vuracağı barədə xəbərdarlıq edib.

Seçilən
34
8
operativmedia.az

10Mənbələr