AZ

Ukraynanın bir neçə şəhərində partlayışlar oldu

Ukraynanın bir sıra şəhərlərində hava hücumu siqnalları işə düşüb və partlayış səsləri eşidilib.

Publika.az xəbər verir ki, Ukrayna mediası Krivoy Roq, Zaporojya və Xarkovda partlayışların baş verdiyini yazıb.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə şəhərinə silsilə zərbələr endirib.

"Telegram" kanallarının yaydığı məlumatlarda silsilə zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin infrastruktur obyektlərinin vurulduğu bildirilir.

Seçilən
99
publika.az

1Mənbələr