Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycanı kişi voleybolçular arasında Çempionlar Liqasında təmsil edəcək “Azərreyl”in rəqibi bəlli olub.
AZƏRTAC-ın məlumatına görə, “dəmiryolçular” I təsnifat mərhələsində Serbiyanın “Radniçki” komandası ilə qarşılaşacaq.
Mərhələnin ilk oyunları 21-23 oktyabrda olacaq. Bakı klubu rəqibi ilə ilk matçını evdə keçirəcək.