AZ

"Qarabağ" yoxlama matçında məğlub oldu

Təlim məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün 4-cü yoxlama matçını keçirib.

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gəlib.

Kaprun stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın qolunu Nəriman Axundzadə vurub.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.

Seçilən
28
8
fanat.az

10Mənbələr