AZ

UEFA Çempionlar Liqası: I təsnifat mərhələsinə iki görüşlə yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinə yekun vurulacaq.
 
Moderator.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
 
"Dinamo Minsk" klubu "Ludoqorets"lə, "Linfild" isə "Şelbrun"la üz-üzə gələcək.
 
Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
 
Qeyd edək ki, təmsilçimiz "Qarabağ" klubu UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
 
16 iyul
 
UEFA Çempionlar Liqası
 
I təsnifat mərhələsi
 
Saat 22:45, "Dinamo Minsk" - "Ludoqorets";
 
Saat 22:45, "Linfild" - "Şelbrun".
Seçilən
85
50
moderator.az

10Mənbələr