Hələlik abituriyentlərin maraqları ənənəvi olaraq qalır. Hər il olduğu kimi, bu il də I və III qruplara üstünlük verilir.
"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunan müzakirələrin yekunu ilə bağlı keçirilən brifinqdə deyib.
DİM sədri bildirib ki, IV qrupda kütləvilik müşahidə olunmur. Lakin məhz bu qrupu seçənlər arasında ilin ən savadlı abituriyentləri yer alır.
”Qalan abituriyentlər isə daha çox biliyinə güvəndiyi, qəbul plan yerlərinin çox olduğu qrupları seçirlər. Bu da onların ali məktəbə qəbul olunmaq ehtimalını artırır”, - deyə o əlavə edib.