AZ

"Zirə" Türkiyədə sonuncu sınağına çıxır

İyulun 5-dən Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti - sonuncu yoxlama matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, "qartallar" yerli "Pendik" komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

"Zirə" Azərbaycana sabah dönəcək və Konfrans Liqasındakı ilk oyununun hazırlığını Bakıda davam etdirəcək.

Bu, Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın Türkiyədəki hazırlıq çərçivəsində dördüncü sınaq matçı olacaq. Paytaxt klubu “Keçiörengücü” (2:1) və "Çorum"u (2:0), həmçinin İordaniya təmsilçisi “Əl-Hüseyn”i (1:0) məğlub etməyi bacarıb, Bakıda isə “Qarabağ”a qarşı keçirdiyi ilk yoxlama matçında 0:4 hesabı ilə uduzub. 

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Seçilən
14
10
fanat.az

10Mənbələr