Suriyanın Əs-Süveyda şəhərində baş verən toqquşmalar nəticəsində azı 248 nəfər həlak olub.
"Report" “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, ölənlər arasında druzların 92 nümayəndəsi var, onlardan 28-i mülki şəxslərdir, daha 21 nəfər isə məhkəmədənkənar edam nəticəsində öldürülüb.
Monitorinq mərkəzinin məlumatına görə, Suriya təhlükəsizlik qüvvələrinin azı 138 əməkdaşı, həmçinin 18 bədəvi döyüşçüsü həlak olub.