AZ

Britaniya Pakistan Hava Yollarına 5 illik qadağanı ləğv edib

Böyük Britaniya Pakistan Beynəlxalq Hava Yollarına məhdudiyyətləri ləğv edib.


APA xəbər verir ki, bu barədə Britaniyanın İslamabaddakı səfirliyi məlumat yayıb.

Xatırladaq ki, 2020-ci ilin iyununda Pakistan Beynəlxalq Hava Yolları şirkətinə məxsus təyyarələrin Britaniyaya uçmasına qadağa qoyulmuşdu.

Qadağa Karaçidə baş verən təyyarə qəzasında 100-ə yaxın insanın həyatını itirməsindən bir ay sonra tətbiq olunmuşdu.

Seçilən
16
2
apa.az

3Mənbələr