AZ

Təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri davam edir

Təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olan istehlakçı müraciətlərinin hərtərəfli araşdırılması xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və istehlakçı hüquqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

Dövlət Agentliyinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında təbii iinhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 329 istehlakçı müraciəti təmin olunub. Bunlardan 255-i rabitə, 22-si qaz təchizatı, 21-i içməli su, 15-i elektrik enerjisi, 7-si istilik enerjisi, 5-i dəmiryol nəqliyyatı, 3-ü hava yolu nəqliyyatı, 1-i poçt xidməti sahəsində olub.

Ümumilikdə isə təmin olunan müraciətlərin sayında ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfəyədək artım qeydə alınıb.

phrase_var_article.chosen
38
1
vergiler.az

10phrase_var_article.sources