AZ

Şamaxıda dini ibadətgahlara media-tur təşkil olundu - FOTOLAR

ŞAMAXI, 16 iyul. TELEQRAF

Bu gün Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə“Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans çərçivəsində media nümayəndələri üçün dini ibadətgahlara media-tur təşkil olunub.

Teleqraf xəbər verir ki, mediatur çərçivəsində iştirakçılar Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidini ziyarət ediblər. Daha sonra media mənsubları Şamaxı şəhər İmamzadə məscidi və Pirsaat Baba ziyarətgah-məscid kompleksinə baş çəkiblər.

Media nümayəndələri dini abidələrin tarixi, məscidlərdə aparılan təmir-bərpa işləri haqqında ətraflı məlumatlandırılıblar.

Seçilən
85
2
teleqraf.com

3Mənbələr