AZ

"Zirə" Türkiyə klubunu darmadağın etdi - YENİLƏNİB

"Zirə" bu gün Türkiyədə növbəti yoxlama matçını keçirib.

Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi "Pendik"lə qarşılaşıb.

Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürüb.

İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında təmsilçimiz rəqib qapısından 4 cavabsız top keçirib. Qarşılaşma “Zirə”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü” (2:1) və "Çorum"dan (2:0), həmçinin İordaniya təmsilçisi “Əl-Hüseyn”dən (1:0) üstün olub.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Erməni boksçunu məğlub edən azərbaycanlı: "Döyüşə çox yaxşı hazırlaşmışdım"

“Qarabağ” qrup mərhələsinin son oyununda məğlub olub

İngilislər Caka ilə maraqlanır

Çimərlik futbolu üzrə ölkə çempionu müəyyənləşib

PFL və AFFA idman jurnalistləri arasında intellektual yarış keçirib

Seçilən
34
10
apasport.az

10Mənbələr