"Sumqayıt" yeni hücumçu ilə güclənib.
Bizim.Media xəbər verir ki, "kimiyaçılar" ötən ilin yayında "Səbail"dən ayrılan Aleksandr Ramalinqomu Azərbaycana qaytarıb.
İddialı heyət qurmaq istəyən "gənclik şəhəri" təmsilçisi Maqadaskar yığmasının forvardı ilə 1+1 illik müqavilə imzalayıb. Ramalinqom 2022-2023-cü illərdə "Səbail"də çıxış edib və bu müddət ərzində 17 qol və 1 qol ötürməsinə imza atıb. O, ölkəmizdən gedəndən sonra karyerasını İsraildə davam elətdirib.
32 yaşlı ön xətt oyunçusu "Bney Saxnin"ə üz tutub və ə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. İndi də ölkəmizə azad agent statusu ilə geri dönüb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta