AZ

"Zirə" Türkiyədəki növbəti yoxlama matçında qələbə qazanıb

"Zirə" bu gün Türkiyədə növbəti yoxlama matçını keçirib.

Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi "Pendik"lə qarşılaşıb.

Görüş "qartallar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bakı klubunun heyətində Brahim Konate (64), Davit Volkov (66) və Junior Martins (73, 79) fərqləniblər.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü” (2:1) və "Çorum"dan (2:0), həmçinin İordaniya təmsilçisi “Əl-Hüseyn”dən (1:0) üstün olub.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Seçilən
21
15
fanat.az

10Mənbələr