AZ

"Sumqayıt" "Səbail"də oynamış legionerlə müqavilə imzalayıb

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.

İdman.biz xəbər verir ki, komanda Aleksandr Ramalinqom ilə 1+1 illik müqavilə imzalayıb.

32 yaşlı madaqaskarlı hücumçu son mövsümü İsrailin "Bney Saxnin" klubunda keçirib. Ramalinqom komandanın heyətində bütün turnirlərdə 30 oyunda 9 qol vurub, iki ötürmə verib. O, "Sumqayıt"da 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Aleksandr bundan əvvəl ölkəmizdə "Səbail"in formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.

İdman.biz

Seçilən
78
1
idman.biz

6Mənbələr