Azərbaycanlı keçmiş pop-MMA (qeyri-peşəkarlar arasında qarışıq döyüş sənətlərini təsvir etmək üçün istifadə edilən bir termindir. Adətən rəssamlar, bloggerlər və məşhur insanlar arasında keçirilir - red.) döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat verilib.
Ötən ilin iyul ayında pop-MMA turnirində Cavid Rzayev rəqibinə “rus donuzu” deyə səslənmişdi. Bu hadisədən sonra Rzayev üzr istəyərək, hərəkətini əsəblərinə bağlamışdı.
Artıq qərara alınıb ki, o, Rusiyadan deportasiya olunacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta