AZ

Laçın rayonunda dağlıq ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

phrase_var_article.chosen
40
50
xezerxeber.az

10phrase_var_article.sources