AZ

“Sumqayıt”da madaqaskarlı hücumçu

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” son olaraq İsrailin “Bney Saxnin” klubunda çıxış etmiş Aleksandr Ramalinqom ilə 1+1 illik müqavilə imzalayıb. 32 yaşlı madaqaskarlı hücumçu “Sumqayıt” FK-nın heyətində “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Aleksandr Ramalinqom ölkəmizdə daha öncə “Səbail”in də formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.

Seçilən
66
1
futbolpress.az

6Mənbələr