AZ

Almaniya Aİ büdcəsinin artırılması ilə bağlı Avropa Komissiyasının təklifini qəbul edə bilməyəcək

Almaniya hökuməti bildirib ki, Avropa Komissiyasının Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən yeddi illik büdcəsinin artırılması ilə bağlı təklifini qəbul edə bilməyəcək.

APA xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

Onun sözlərinə görə, Avropa qlobal miqyasda fəaliyyət göstərmək imkanına malik olmalıdır.

“Avropa İttifaqının büdcəsinin əhəmiyyətli dərəcədə artırılması qəbuledilməzdir. Xüsusilə də, hazırda üzv dövlətlərin hər birinin milli büdcələrini konsolidasiya etmək üçün ciddi səylər göstərdiyi bir vaxtda”, – deyə Kornelius vurğulayıb.

Seçilən
15
apa.az

1Mənbələr