AZ

"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa


Suriya Prezidenti Əhməd əş-Şaraa bu gecə xalqa fövqəladə müraciətində İsrailə qarşı açıq və sərt mesajlar verib. Prezidentin Bakı vaxtı ilə səhərə yaxın etdiyi çıxış Suriya dövlət televiziyası və “Əl-Cəzirə” kanalı vasitəsilə yayımlanıb.

Suriya Prezidenti bildirib ki, İsrail istəsə, müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil. Onun sözlərinə görə, İsrailin təxribatlarına baxmayaraq, Suriyanın yeni rəhbərliyi sabitliyi qorumaqda qərarlıdır. Əş-Şaraa qeyd edib ki, Türkiyə, ABŞ və ərəb ölkələrinin vasitəçiliyi bölgəni açıq müharibədən xilas edib və bu diplomatik səylər təqdirəlayiqdir.

Mətləb Salahov

Seçilən
36
baki-xeber.com

1Mənbələr