AZ

İsraildən Suriyanın şimal-qərbinə HAVA ZƏRBƏSİ

Al Mayadeen telekanalının verdiyi məlumata görə, İsrail bu gün səhər saatlarında Suriyanın şimal-qərbində yerləşən hökumət qüvvələrinə məxsus hərbi bazalara hava zərbələri endirib.

Bu barədə News24.az TASS-a istinadən xəbər verir. 

Zərbələrin əsas hədəfi Latakiya şəhəri yaxınlığında yerləşən 132-ci motoatıcı briqada və Cəblə bölgəsindəki 107-ci tank briqadasının bazası olub. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Bu hücumdan bir gün əvvəl, 16 iyulda İsrail Dəməşq və ətrafındakı strateji obyektlərə, o cümlədən Suriyanın Baş Qərargahına və prezident sarayına, eləcə də Mezza hərbi hava limanı və Əl-Moadamiya məhəlləsinə zərbələr endirmişdi.

Bundan əlavə, 15-dən çox əsgərin öldüyü və ya yaralandığı bildirilən Süveyda yaxınlığında Suriya Daxili İşlər Nazirliyinə məxsus konvoya dron hücumu təşkil olunub.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrail Kats daha əvvəl Druzların yaşadığı Süveyda bölgəsindən Suriya ordusu geri çəkilmədiyi təqdirdə hücumların davam edəcəyini bəyan etmişdi. Suriya Müdafiə Nazirliyi isə 16 iyulda bölgədən qüvvələrin çıxarıldığını açıqlamışdı.

Xeyrənsə Piriyeva

Seçilən
62
news24.az

1Mənbələr