AZ

BDU-nun laborantı vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının Eksperimental psixologiya elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Səbinə Salmanova vəfat edib.

Ölkə.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Qeyd edək ki, Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Urud kəndində anadan olub. 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. 2000-ci ildən Eksperimental psixologiya ETL-də böyük laborant işləyib. 2011-ci ildən Psixologiya kafedrasının “Ümumi psixologiya” ixtisası üzrə doktorantı, 2023-cü ildən saathesabı müəllimi olub.

Həmidə İbrahimova

Seçilən
59
17
olke.az

10Mənbələr