AZ

Bodrumda istirahətdə olan azərbaycanlı biznesmen təcili Moskvaya çağırıldı

Türkiyənin Bodrum şəhərində istirahətdə olan yəhudi əsilli azərbaycanlı biznesmen Qod Nisanov təcili Moskvaya çağırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya daxil olan məlumata görə, Moskvanın məşhur “Food City” ticarət mərkəzinin sahibi olan Qod Nisanovun çağırılmasına səbəb Azərbaycanla Rusiya arasındakı gərkinlikdən sonra yaranmış vəziyyət olub.

Qeyd edək ki, iki gün əvvəl Gununsesi.info“Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır – FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR” başlıqlı material dərc edib.

Rusiyadakı mənbələrə istinadən verdiyimizxəbərdə deyilir ki, bu ölkənin hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır.

Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir.

Adıçəkilən bazarda çalışan şəxslərin saytımıza verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib.

İki gün əvvəl Bodruma istirahətə gələn Qod Nisanovun təcili özəl təyyarəsi ilə Moskvaya qayıtması vəziyyətin ciddiliyindən xəbər verir.

İddialara görə, hazırda Rusiya prezidenti Vladimir Putinlə əlaqələri kəsilən Qod Nisanov Rusiya Liberal-Demokrat PartiyasınınLeonid Slutski ilə görüşüb.

Qeyd edək ki, yəhudi əsilli olan Leonid Slutski Qod Nisanovun yaxın dostudur.




Xəbər 28 dəfə oxunub.
Seçilən
50
16
xezernews.az

10Mənbələr