AZ

Bu ölkədə mədəniyyət naziri vəzifəsinə adam tapılmadı

Ukraynanın yeni Nazirlər Kabineti mədəniyyət naziri vəzifəsinə namizəd tapmayıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu sosial şəbəkələrdə Ali Radanın deputatı Oleksiy Qonçarenko qeyd edib.

"Görünür, hələ də mədəniyyət naziri tapmayıblar. Ukraynanın baş naziri Yuliya Sviridenko bu barədə heç nə deməyib", - deputat bildirib.

Sviridenkonun səsvermə üçün Radaya təqdim etdiyi yeni hökumətin siyahısında mədəniyyət nazirinin vəzifəsi qeyd olunmayıb. Əvvəlki kabinetdə Mədəniyyət Nazirliyinə Nikolay Toçitski rəhbərlik edib.


Seçilən
25
2
news24.az

3Mənbələr