AZ

Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları məlum oldu

26-27 iyul Sumqayıtda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Sumqayıt mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar.

Yarışda ümumilikdə 16 komanda iştirak edəcək.

Onlardan 12-si milli: Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü isə klub: “Karolina”(Puerto Riko), “Pekin” (Çin),“Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya) komandalarıdır.

Sumqayıt mərhələsinin oyunları şəhər dənizkənarı bulvarında baş tutacaq.

Seçilən
92
41
sportinfo.az

10Mənbələr