AZ

Ərdoğandan İsrailə sərt İTTİHAM

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail Suriyadakı druz azlığından bəhanə kimi istifadə edərək, öz varlığını bu ölkədə genişlənməyə çalışır.

“İsrail druzları bəhanə edərək, son iki gün ərzində öz quldurluğunu qonşu Suriyaya yayır”.

Modern.az xəbər verir ki, Ərdoğan televiziya ilə çıxışında deyib.

“Bunu bir daha açıq şəkildə bildirmək istəyirəm: İsrail qanunsuz, itaətsiz, prinsipsiz, korlanmış və acgöz terror dövlətidir”, - deyə o bildirib.

“İndiki mərhələdə bölgəmizin ən böyük problemi İsrailin təcavüzüdür... Bu canavarın qarşısı dərhal alınmasa, bölgəmizi, sonra isə dünyanı yandırmaqdan çəkinməyəcək”.

O bildirib ki, Türkiyə Suriyanın parçalanmasına, onun multikultural quruluşunun və ərazi bütövlüyünün zədələnməsinə icazə verməyəcək.

Bazar günündən etibarən Suriyanın cənubundakı Əs-Suveydə əyalətinin mərkəzi hissəsində məzhəblərarası qan tökülür, druz silahlıları ilə sünni bədəvi qəbilələri, həmçinin ordu və onun müttəfiqləri arasında baş verən toqquşmalarda 300-dən çox adam ölüb.

İsrail cənub əyalətində qısamüddətli olduqları müddətdə hökumət qüvvələrinə qarşı hava hücumları həyata keçirib və həmçinin Dəməşqdəki hərbi qərargahı hədəf alıb. İsrail Suriya hökuməti geri çəkilənə qədər hücumlarının intensivləşəcəyi barədə xəbərdarlıq edib. Suriya ilə münasibətlərini bərpa etməyə çalışan İsrailin yaxın müttəfiqi ABŞ bölgədə sakitliyin bərpası üçün razılıq əldə edildiyini bildirib. Ərdoğan Suriya qoşunlarının Suveydadan çıxarılmasından sonra cümə axşamı Suriya prezidenti Əhməd Əl Şaraa ilə telefonla danışdığını bildirib.

Seçilən
47
18
modern.az

10Mənbələr