AZ

Polad Qübbə və yeni nəsil sistemlər IDEF sərgisində təqdim olunacaq

BAKI, TurkicWorld

ASELSAN IDEF 2025 sərgisində 9 yeni nəsil texnologiyasını təqdim edəcək.

TurkicWorld xəbər verir ki, Türkiyənin müdafiə sənayesində önəmli mövqe tutan ASELSAN, bu il 17-ci dəfə keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisi – IDEF 2025 çərçivəsində doqquz yeni nəsil texnologiyanı ilk dəfə nümayiş etdirəcək.

Şirkətin baş direktoru Ahmet Akyol bildirib ki, radar, elektron müharibə, elektro-optika, hava hücumundan müdafiə və rabitə sahələrini əhatə edən bu texnologiyalarla yanaşı, sərgi zamanı milli və beynəlxalq səviyyədə 20-dən çox imza mərasimi keçiriləcək. Akyol, sərgi çərçivəsində 300-dən çox məhsul və sistemin nümayiş olunacağını və bunun ASELSAN-ın ixracyönümlü inkişaf hədəflərinə töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, sərginin ən diqqətçəkən elementlərindən biri Türkiyənin hava hücumundan müdafiə sistemi olan Polad Qübbə olacaq. Sistemin bütün komponentləri açıq məkanda təqdim ediləcək. Bundan əlavə, rabitə, dəniz sistemləri, sərhəd təhlükəsizliyi, komanda-nəzarət və kosmos texnologiyaları kimi müxtəlif sahələrdə ASELSAN-ın imkanları qapalı stendlərdə nümayiş olunacaq.

phrase_var_article.chosen
12
15
turkic.world

10phrase_var_article.sources