AZ

15 iyul çevriliş cəhdində şəhid olanlar anılıb - FOTO

Türkiyədə FETÖ terror təşkilatının 15 iyul 2016-ci ildə dövlət çevrilişinə cəhdinin 9-cu ildönümü ilə əlaqədar dövlət tədbirlərində iştirak etmək üçün qardaş ölkədə səfərdə olan  “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli və həmin hadisələr zamanı qəhrəmancasına şəhid olmuş Ömər Xalisdəmirin silah yoldaşı, Qarabağ qazisi Famil Fərəcov Şəhidlər Xiyabanını ziyarət ediblər.

Herbiand.az xəbər verir ki, bu ziyarət  Türkiyə Ehtiyatda Olan Gizirlər Birliyinin üzvləri ilə birlikdə reallaşıb.

Türkiyənin Quru Qoşunları komandanının köməkçilərinin biri, gizir Bülənd Aydının və digər şəhidlərin məzarları ziyarət olunub.

Xiyabanda keçirilən anım mərasimində Bülənd Aydının silahdaşları, dostları onun keçdiyi şərəfli xidmət yolu haqqında məlumat verib və xatirələrini danışıblar.

Xİyabanda dəfn olunan Türkiyənin ilk xanlm təyyarəçisi Sahibə Gökçenin də məzarıə ziyarət olunub, xatizəsi anılıb.



Seçilən
32
herbiand.az

1Mənbələr