AZ

Zelenski Makron ilə SAMP/T sistemləri üçün raket tədarükünü müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski fransız həmkarı Emmanuel Makron ilə söhbət zamanı SAMP/T sistemləri üçün raketlərin tədarükü, dronları zərərsizləşdirən silahların maliyyələşdirilməsi və “Miraj” qırıcıları üçün pilotların təlimi məsələlərini müzakirə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

O qeyd edib: “Cəbhə xəttindəki vəziyyəti və Ukraynanın prioritet müdafiə ehtiyaclarını müzakirə etdik. Mən Emmanuelə strateji baxışına, həmçinin əsgərlərimizin ehtiyacı olan silah və ləvazimatlara kömək etmək istəyinə görə minnətdaram. Biz Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, xüsusən də SAMP/T sistemləri üçün raketlərin tədarükü məsələləri, habelə müdafiə nazirləri və xarici işlər nazirləri səviyyəsində xalqımızın həyatını Rusiya zərbələrindən qorumaq üçün atılan yeni addımlarla bağlı qərarlar hazırlayacağıq”.

Zelenski, həmçinin “Miraj” təyyarələri üçün pilotların hazırlanması ilə bağlı razılaşmanı qeyd edib. Onun sözlərinə görə, Fransa başqa təyyarələrdə də təlim keçmək üçün əlavə pilotlar qəbul etməyə hazırdır.

Prezidentlər “İstəklilər koalisiyası” formatında aparılan işi və son görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Zelenski qeyd edib: “Avropa İttifaqının 18-ci sanksiya paketinin məzmununa və təşviqinə verdiyi nəzərəçarpacaq töhfəyə görə mən də Fransaya təşəkkür etdim. Biz amerikalı tərəfdaşlarımızla birlikdə çalışırıq ki, Rusiya həqiqətən qlobal təzyiqi hiss etsin. Müharibənin davam etdiyi hər gün Rusiya üçün həqiqətən ağrılı nəticələrlə müşayiət olunmalıdır”.

phrase_var_article.chosen
23
50
xezerxeber.az

10phrase_var_article.sources