AZ

UEFA-nın keçmiş prezidenti Platininin iqamətgahından 20-yə yaxın medal və kubok oğurlanıb

UEFA-nın keçmiş prezidenti Mişel Platini qarət olunub.

Operativ Media xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Mənbənin məlumatına görə, hadisə iyulun 18-də səhər saatlarında onun Buş-du-Ron departamentindəki iqamətgahında baş verib. Platini cinayətkarı evinin yaxınlığında görüb. Daha sonra 70 yaşlı fransız naməlum şəxsin təxminən 20 medal və kuboku oğurladığını müəyyən edib. Naməlum şəxs hadisə yerindən qaçıb, oğurluq zamanı Platini xəsarət almayıb.

Marsel prokurorluğu oğurluq faktı ilə bağlı istintaqa başlayıb. Dəymiş ziyanın məbləği hələ müəyyən olunmayıb.

Qeyd edək ki, Mişel Platini 2007-ci ildən 2015-ci ilə qədər UEFA prezidenti vəzifəsində çalışıb. O, FIFA-nın korrupsiya araşdırması nəticəsində 8 il müddətinə futboldan uzaqlaşdırılıb, lakin sonradan bu cəza 4 ilə endirilib. Platini 2025-ci ildə bəraət alıb.

Seçilən
94
operativmedia.az

1Mənbələr