AZ

“Sabah”ın oyunlarına təyinatlar məlum oldu

“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” komandası ilə keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, komandalar arasında iyulun 24-də Kişineudakı “Zimbru” stadionunda baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Qal Leyboviç olacaq. Ona yan xətt hakimləri Omer Barbiro və Yossi Babayoff yardımçı olacaqlar. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq. Matçı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Danilo Nikoliç olacaq. Ona yan xətt hakimləri Milan Şutuloviç və İvan Mikalaçki kömək edəcəklər. Dördüncü hakim funksiyasını İvan Stamenkoviç yerinə yetirəcək.

Seçilən
18
13
futbolpress.az

10Mənbələr