AZ

İsrail və Suriya atəşkəslə bağlı razılığa gəldilər

İsrail və Suriya Əs-Sveyda əyalətində atəşkəslə bağlı razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barak açıqlayıb. 

O, tərəflərin ABŞ, Türkiyə, İordaniya və digər Yaxın Şərq ölkələrinin dəstəyi ilə razılığa gəldiyini deyib: "Biz druzları, bədəviləri və sünniləri silahlarını yerə qoymağa və digər azlıqlarla birlikdə yeni və vahid Suriya kimliyi qurmağa çağırırıq".

Ağarza Elçinoğlu 

Seçilən
55
2
unikal.az

2Mənbələr