"Real Madrid" və Vinisius Junior arasında müqavilə uzatmaq üçün danışıqlar istənilən kimi getmir.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu yeni sözləşmə ilə birlikdə Kilian Mbappedən daha çox qazanmaq istəyir. Lakin "kral klubu" belə düşünmür. Onlar Vinisiusu iyerarxiyada Mbappenin arxasında görür.
Bu barədə İspaniyanın "AS" nəşri məlumat yayıb.
Braziliyalı ulduz ya bunu qəbul edəcək, ya da Madrid klubundan ayrılacaq. Onun klubla hazırki müqaviləsi 2027-ci ilin yayında başa çatır.