AZ

Putin Xameneinin müşaviri ilə görüşdü

Bu gün Rusiya prezidenti Vladimir Putin Moskvada İranın ali lideri Əli Xameneinin müşaviri Əli Laricani ilə görüş keçirib.
 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kremlin sözçüsü Dmitri Peskov yayıb.

O, qeyd edib ki, görüşdə Yaxın Şərqdəki böhranın eskalasiyası və İranın nüvə proqramı ilə bağlı məsələlər müzakirə olunub.

Peskov vurğulayıb ki, Putin bölgədə sabitliyin qorunması və İranın nüvə fəaliyyətləri ilə bağlı problemlərin siyasi yollarla həllinə Rusiyanın dəstəyini bir daha bildirib. (IRNA)

Bizim.Media

Seçilən
93
17
bizim.media

10Mənbələr