AZ

ABŞ Rusiyadan asılı vəziyyətə düşdü – Tramp hansı qərarı verəcək?

ABŞ Rusiya gübrələrindən daha çox asılı vəziyyətə düşüb.

KONKRET.az xəbər verir ki, “The Washington Post”un yaydığı məlumata görə, ABŞ son illər Rusiya gübrələrindən daha çox asılı vəziyyətə düşüb. Bu vəziyyət əsasən keçmiş prezident Donald Trampın Çin məhsullarına tətbiq etdiyi yüksək gömrük rüsumları ilə əlaqələndirilir.

Məlumata əsasən, 2025-ci ilin may ayında ABŞ-a idxal olunan karbamid gübrəsinin 64 faizi məhz Rusiyadan gətirilib. Bu, Tramp administrasiyasının tarif qərarlarından əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə çoxdur.

Qeyd edək ki, karbamid buğda, qarğıdalı və düyü kimi əsas kənd təsərrüfatı məhsullarının becərilməsində geniş istifadə olunur. Çin gübrələrinə tətbiq edilən tariflər səbəbindən ABŞ fermerləri daha ucuz və əlçatan olan Rusiya məhsullarına yönəliblər.

Bu vəziyyət ABŞ-ın siyasi baxımdan qarşıdurma yaşadığı ölkədən iqtisadi baxımdan asılı duruma düşdüyünü göstərir və ticarət siyasətinin gözlənilməz nəticələr doğura biləcəyini ortaya qoyur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
31
50
konkret.az

10Mənbələr