AZ

2025-ci ilin birinci yarısında Dövlət Reyestrində 127 patent qeydiyyata alınıb

Bakı, 21 iyul, AZƏRTAC

2025-ci ilin birinci yarısında Dövlət Reyestrində 127 patent (2024-cü ilin müvafiq hesabat dövründə 95 patent), o cümlədən ixtiralara dair 81 (2024-cü ilin müvafiq hesabat dövründə 56), faydalı modelə aid 34 (2024-cü ilin müvafiq hesabat dövründə 30) və sənaye nümunələrinə aid 12 (2024-cü ilin müvafiq hesabat dövründə 9) patent qeydiyyata alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə milli mətbuatın 150 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyində keçirilmiş tədbirdə deyilib. Bildirilib ki, patent fəallığı 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə artıb.

 

 

Seçilən
250
50
azertag.az

10Mənbələr