AZ

AL: "Qarabağ"ın mümkün rəqibləri bəlli oldu - YENİLƏNİB

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.

Püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib. Belə ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya klubu "Şelburn"a uduzarsa, yoluna Avropa Liqasında davam edəcək.

"Köhlən atlar" burada "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. III mərhələnin ilk oyunları avqustun 7-də, cavab görüşləri bir həftə sonra baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.

ÇL: "Qarabağ"ın səfər matçı üçün ayrılmış vauçerlər bu gün satışa çıxarılır

“Şelburn” - “Qarabağ” matçının biletləri tükənib

“Zirə” iştirak ərizəsini UEFA-ya göndərib

“Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib

“Qarabağ” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib

phrase_var_article.chosen
56
50
apasport.az

10phrase_var_article.sources