AZ

Bakı metrosuna yeni mətbuat katibi təyin edildi

16:12 21.07.2025
16:12 21.07.2025

"Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edilib.

Mynews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.

Metropolitenin əvvəlki mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.


Seçilən
24
50
mynews.az

10Mənbələr