AZ

Qalmaqallı serialın ikinci sezonu ləğv edildi

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin adı qalmaqalllarda hallanan serialı “Şakir Paşa ailesi: Mucizeler ve skandallar”ın ikinci sezonu ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Buna səbəb serialın artan xərcləri olduğu bildirilir.

Qeyd edək ki, serial son illərin ən mübahisəli istehsallarından biri kimi tarixə düşüb.

Ekran işi Türkiyə Milli Teleradio və Yayım Şurası tərəfindən 2 dəfə cərimələnib.

İki dəfə çəkiliş meydançasında yanğın baş verib.

Sonuncu yanğında istehsalat üzrə menecer, “Taki” ləqəbli Serkan Sükyan vəfat edib.

Bildirilib ki, tüstüdən təsirlənən Sükyan infarktdan ölüb.

Ekran işinin finalı ilə bağlı iddialar səslənsə də, daha sonra ikinci sezonun çəkiləcəyi açıqlanmışdı.

Serialın prodüseri Fatih Aksoy isə bildirib ki, “Bu xərclərlə bir dövr dramı çəkmək mümkün deyil. İkinci sezonu ləğv etmək qərarı aldıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

phrase_var_article.chosen
13
50
qafqazinfo.az

10phrase_var_article.sources