“Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az xəbər verir ki, İtaliya təmsilçisi Fransa “Lans”ının yarımmüdafiəçisi Neil El-Aynauini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, Romada 8 nömrəli forma ilə çıxış edəcək. Transferin dəyəri bonuslar istisna olmaqla 25 milyon avro təşkil edir.
El-Aynaui ötən mövsüm Liqa 1-də 24 matçda meydana çıxaraq “qol+assist” sistemi üzrə 9 xal toplayıb.