AZ

ABŞ Kremllə bağlı qərarını dəyişməyəcək

  Rusiya ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, Ukrayna münaqişəsində öz məqsədlərinə sadiq qalır.

Bu barədə “The Hill” məlumat yayıb.

“Rusiya prezidenti Vladimir Putin 50 gündən az müddətdə Ukrayna ilə atəşkəsə razılaşmasa, Tramp yeni sanksiyalarla hədələsə də, Kreml hərbi tələblərinə sadiq qalır. ABŞ-ın Kremllə bağlı qərarının dəyişəcəyi gzlənilmir”, – nəşr yazıb.

Qeyd edək ki, Ali Radanın keçmiş deputatı Oleq Tsarev bəyan etmişdi ki, ABŞ prezidentinin Rusiyanın tərəfdaşlarına ticarət rüsumları ilə bağlı ultimatumu Moskva üçün sərfəlidir. Onun sözlərinə görə, Rusiya komandanlığı cəbhədəki vəziyyətin payıza qədər dəyişəcəyini gözləyir./Globalinfo.az   

phrase_var_article.chosen
40
50
referans.az

10phrase_var_article.sources