Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe yeni mövsümdən etibarən 10 nömrəli formada çıxış edəcək.
90deqiqe.Az-ın “L’Équipe” nəşrinə istinadən verdiyi məlumata görə, bu, komandanın yarımmüdafiəçisi Luka Modriçin klubdan ayrılmasından sonra mümkün olub.
Məlumatda qeyd edilir ki, fransalı futbolçu özü “kral klubu”ndan 10 nömrəni tələb etməyib. Bu addım klub rəhbərliyinin təşəbbüsü ilə atılıb və bu barədə 2024-cü ilin yayında, Mbappenin “Real”a keçdiyi vaxtdan düşünülüb.
Klub və futbolçu nömrə dəyişimini müsbət qarşılayır. Eyni zamanda, “Real” Mbappenin yenilənmiş formalarının satışından əlavə gəlir əldə etməyi planlaşdırır.
Ötən mövsüm Kilian Mbappe 9 nömrəli formada oynayıb.