AZ

Azərbaycanın üç cüdoçusu Yay Olimpiya Festivalında qızıl medal qazanıb  

Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start götürüb.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxıb.

Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram) və Rəsul Əlizadə (55 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıL medala layiq görülüblər.

Beləliklə, aktivində 3 qızıl medal olan yığmamız medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

Turnirin növbəti günlərində milli komandanın daha 9 (4 oğlan, 5 qız) cüdoçusu qüvvəsini sınayacaq.

Seçilən
46
50
azerbaijan-news.az

10Mənbələr