BAKI, 22 iyul. TELEQRAF
ABŞ-nin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (YUNESCO) çıxmaq qərarı təəssüf doğurur.
Teleqraf xəbər verir ki,BMT-nin Baş katibi Antonio Quterreş belə deyib.
MəlumatıBaş katibliyin təmsilçisi Stefan Düjarrik yayıb.
S.Düjarrik bildirib: "Baş katib QuttereşYUNESKO-nun baş direktoru Odre Azuleyə qoşularaq, Birləşmiş Ştatların qərarından dərin təəssüf hissini bildirir".
İyulun 22-də Dövlət Departamenti ABŞ-nin 2027-ci ildə YUNESKO-dan çıxacağını bəyan edib. Vaşinqton artıq qərarını təşkilatın rəhbərliyinə çatdırıb. Dövlət Departamenti qeyd edib ki, YUNESKO-ya üzvlük ABŞ-ın “milli maraqlarına cavab vermir”.