Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Fransa istehsalı olan “Mirage-2000” döyüş təyyarəsi Ukraynada sıradan çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, təyyarə tapşırıq zamanı nasazlıq yaşayıb və pilot insident barədə uçuş komandirinə məlumat verib, sonra böhran vəziyyətləri üçün müəyyən edilmiş prosedurlara uyğun hərəkət edib.
Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, axtarış-xilasetmə qrupu pilotu tapıb, onun vəziyyəti stabildir, yerdə heç kim xəsarət almayıb.
Xüsusi komissiya aviasiya qəzasının səbəblərini araşdırır.
Qeyd edək ki, Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna 2025-ci ilin fevralında Fransadan “Mirage-2000” qırıcılarının ilk partiyasını alıb. Tərəflər təyyarələrin konkret sayını açıqlamayıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.