Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyindigər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsindəTürkiyənin Prezident Administrasiyasının Müdafiə SənayesiKomitəsinin sədri Haluk Görgünlə görüş keçirilib.
Bildirilib ki, “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə SənayesiSərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq vəstrateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbiəməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarınındiqqət mərkəzində olduğu xüsusi vurğulanıb.
Görüş zamanı həmçinin ölkələrimiz arasında hərbi əlaqələrininkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirəedilib.